Rusiyanın əməkdar artisti, 56 yaşlı opera müğənnisi Herman Yukavski özünü körpüdən suya atıb.
Sitat.info xəbər verir ki, hüquq-mühafizə orqanlarından alınan məlumata görə, hadisəyə səbəb həyat yoldaşı ilə mübahisə olub.
Bildirilir ki, hadisə zamanı sənətçi sərxoş vəziyyətdə olub və aqressiv davranış nümayiş etdirib. Suya düşdükdən sonra o, çayı öz gücü ilə üzərək keçməyə çalışıb. Lakin hadisə şahidləri xilasediciləri çağırıblar.
///Azxeber.com