Ağdərədə 33 yaşlı kişi bıçaqlandı

20:26 24 İyun 2026

Ağdərədə bıçaqlanma olub.
 
Sitat.info lent.az-a istinadən xəbər verir ki, hadisə Suqovşan qəsəbəsi ərazisində qeydə alınıb.
 
Mübahisə zamanı Elzamin Ağazadə 33 yaşlı Sadiq Qəhrəmanova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti