Venesuelada güclü zəlzələ - 32 nəfər ölüb

09:42 25 İyun 2026

Venesuelada baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.

Sitat.info xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.

Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.

Xeyli insanın itkin düşdüyü bildirilir.

Məlumata görə, Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.



Xəbər xətti