ABŞ Senatı Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən İran müharibəsi səlahiyyətləri qətnaməsinin müzakirəsinə başlanılmasını rədd edib.
Sitat.info xəbər verir ki, prosedur səsverməsində 50 senator qətnamənin irəliləməsinin əleyhinə, 47 senator lehinə səs verib, bir senator isə bitərəf qalıb. Bununla da sənədin Senatda nəzərdən keçirilməsi faktiki olaraq dayandırılıb.
Respublikaçılar və ABŞ prezidenti Donald Tramp qətnamənin qəbulunun Vaşinqtonun İranla davam edən danışıqlardakı mövqeyini zəiflədə biləcəyini müdafiə edirdilər.
Səsvermədən sonra Tramp bir neçə respublikaçı senatora təşəkkür edib. O bildirib ki, senatorlar Rand Paul və Bil Kasidinin mövqeyi səsvermənin nəticəsinə təsir göstərib.
Nigar,
Sitat.info