Son dəqiqə! Venesuelada zəlzələ qurbanlarının sayı artdı - 971 nəfər...

14:30 25 İyun 2026

Venesuelada baş verən güclü zəlzələlər nəticəsində 164 nəfər həyatını itirib, 971 nəfər isə yaralanıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, ölkədə prezident vəzifəsini icra edən Delsi Rodriges bildirib ki, təbii fəlakət ciddi dağıntılara səbəb olub. Onun sözlərinə görə, xilasedicilər zərərçəkən bölgələrdə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Hakimiyyət orqanları ölənlərin sayının artacağını bildirirlər. Zəlzələlər nəticəsində çoxsaylı yaşayış binaları və infrastruktur obyektləri zərər görüb.

Aytac,

Sitat.info



Xəbər xətti