Paşinyanın partiyası yeni parlamentin spikerini seçəcək

15:10 25 İyun 2026

Ermənistan parlamentinin yeni spikeri vəzifəsinə namizədin adı bu gün məlum olacaq.

Sitat.info bu barədə Baş nazir Nikol Paşinyan cümə axşamı keçirdiyi brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, bu gün hakim Vətəndaş Müqaviləsi Partiyasının iclası keçiriləcək. İclas zamanı müzakirədə olan üç namizəddən biri qapalı və gizli səsvermə yolu ilə seçiləcək, daha sonra isə onun adı ictimaiyyətə açıqlanacaq.

Baş nazirin sözlərinə görə, əvvəlcə namizədlərin çıxışları dinləniləcək, sonra qərar veriləcək. O bildirib ki, həm özü, həm də partiyadakı həmkarları seçimlərini gizli səsvermə ilə edəcəklər.

Aytac,

Sitat.info



Xəbər xətti