Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev Hüseyn Quliyevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdi.
H.Quliyev 2012-ci ildən bəri ölkəmizin Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edib. İyunun 23-ü onun 80 yaşı tamam olub.