Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.
Sitat.info xəbər verir ki, “Qafqazinfo” general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:
Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini - Kadrlar idarəsinin rəisidir.
@sitat.info Prezidentdən sərəncam - General rütbəsi verilən zabitlər kimdir? #tecili #sondeqiqe#ilhamaliyev #serencam #general ♬ оригинальный звук - Sitat.info xəbər portalı
Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.
Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.
Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.
Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.