Təcili! İran bu məsələdə RAZILAŞMADI - ABŞ və Körfəz ölkələrinə sərt mesaj

13:46 26 İyun 2026

İran Xarici İşlər Nazirliyi ABŞ, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Hörmüz boğazı ilə bağlı sərt bəyanat yayıb.

Sitat.info xəbər verir ki, nazirlik ABŞ-Körfəz Əməkdaşlıq Şurası birgə bəyanatını məsuliyyətsiz və təxribat xarakterli adlandıraraq, regionda qarşıdurmanı artıran addımlardan çəkinməyə çağırıb.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazının idarə olunması, İranla Omanın ərazi suları və sahillərinin təhlükəsizliyi iki ölkə arasında imzalanmış memorandum çərçivəsində təmin ediləcək.

İran ABŞ-ın Körfəz ölkələrinin təhlükəsizliyi ilə bağlı dediklərini həqiqətə uyğun hesab etmədiyini bəyan edib.

Tehran bildirib ki, ABŞ-ın bölgədəki hərbi mövcudluğu region xalqları üçün yükdür və təhlükəsizlik deyil, qeyri-sabitlik və parçalanma mənbəyidir.

Rəsmi Tehran Körfəz ölkələrini öz ərazilərinin və infrastrukturunun İrana qarşı qanunsuz fəaliyyətlərin planlaşdırılması, dəstəklənməsi və ya həyata keçirilməsi üçün istifadəsinə imkan verməməyə çağırıb.

Səid

 



Xəbər xətti