Ötən gün ölkə ərazisində qeydə alınan 58, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olan ümumilikdə 158 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə bağlı 26, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə əlaqədar 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.