Bu gün Hizbullahın baş katibi Nəim Qasım İran və ABŞ arasında müharibəyə son qoymaq üçün əldə olunan razılaşmanı “İsrail və Amerikanın məğlubiyyətinin rəsmi bəyannaməsi” adlandırıb.
Sitat.info xəbər verir ki, o, A şura günü münasibətilə televiziya çıxışında o bildirib ki, razılaşma Tehranın dəstəklədiyi “müqavimət” xəttinin nəticəsidir. Qasımın sözlərinə görə, İsrail və ABŞ Hizbullahı məhv etmək məqsədilə genişmiqyaslı müharibəyə başlamağa çalışsalar da, buna nail ola bilməyiblər.
Hizbullah lideri İsrailin heç bir şərt irəli sürmədən Livan ərazisindən çıxmalı olduğunu bildirib və Beyrutun İsraillə münasibətləri normallaşdırmasına qarşı olduqlarını vurğulayıb.
Qasım əlavə edib ki, Tehran və Vaşinqton arasında əldə olunan razılaşma Hizbullah və onun müttəfiqləri tərəfindən “müqavimət oxu”nun uğuru kimi qiymətləndirilir.
Nigar,
Sitat.info