Ermənistanın MDB-dən çıxmasından söhbət getmir.
Sitat.info xəbər verir ki, bu barədə MDB-nin Baş katibi Sergey Lebedev deyib.
O bildirib ki, Ermənistanı MDB-də təmsil edən Razmik Xumaryan (Ermənistanın Belarusdakı səfiri olmaqla yanaşı, ölkəsini MBD iclaslarında da təmsil edir –red.) bu gün Moskvaya səfər edib, MDB İqtisadi Şurasının iclasında iştirak edib və bir sıra sənədlər imzalayıb.
Lebedev həmçinin vurğulayıb ki, parlament seçkilərindən sonra Ermənistandakı vəziyyətin sabitləşəcəyinə ümid edir:
“Düşünürəm ki, bunun üçün ilkin şərtlər var, çünki Ermənistanın Baş naziri Nikol Paşinyan hazırda ölkəni Avrasiya İqtisadi İttifaqından çıxarmaq niyyətində olmadığını bildirib. MDB-dən çıxmaqdan isə ümumiyyətlə söhbət getmir. Onlar təşkilatın tərkibində qalacaqlar”.