Türk kinosunun ustad sənətkarı Kadir İnanır müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Bir müddətdir səhhətində yaranan problemlərlə mübarizə aparan İnanır 14 may tarixində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya çatdırılıb və ağciyərindəki infeksiya səbəbindən reanimasiyaya yerləşdirilmişdi.
Mayın 22-də vəziyyətinin ağırlaşması nəticəsində süni nəfəs aparatına qoşulan ustad aktyor həkimlərin bütün müdaxilələrinə baxmayaraq, həyatını itirib.