ABŞ İrana hücum etdi: Vaşinqton ilk açıqlamanı verdi – Hücum anının görüntüləri

09:36 27 İyun 2026

Bu gün ABŞ Vaşinqton və Tehran arasında Anlaşma Memorandumu imzalandıqdan sonra ilk dəfə İrana qarşı hərbi əməliyyat həyata keçirib.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, ABŞ rəsmilərinin bildirdiyinə görə, İranın Hörmüz boğazında ticarət gəmisinə hücum etməsindən sonra İranın hərbi obyektlərinə cavab zərbələri endirilib.

Vaşinqton əməliyyatın məqsədinin beynəlxalq gəmiçiliyin təhlükəsizliyini qorumaq və bölgədəki ABŞ qüvvələrinə qarşı təhdidlərin qarşısını almaq olduğunu açıqlayıb.

Analitiklər gərginliyin yenidən genişmiqyaslı qarşıdurmaya çevrilə biləcəyi barədə xəbərdarlıq edirlər.

İran tərəfi isə hələlik ABŞ-ın son hücumları ilə bağlı geniş açıqlama verməyib. Hadisənin nəticələri və mümkün itkilərlə bağlı rəsmi məlumatlar dəqiqləşdirilir.

Aytac,

Sitat.info

 



Xəbər xətti