Livan-İsrail razılaşması etirazlara səbəb oldu – Hizbullah tərəfdarları küçələrə çıxdı - VİDEO

11:18 27 İyun 2026

Livan və İsrail arasında Vaşinqtonda ABŞ-ın dəstəyi ilə imzalanan çərçivə razılaşması Livanda etirazlarla qarşılanıb.

Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, razılaşmanın elan edilməsindən sonra Hizbullah tərəfdarları ölkənin müxtəlif bölgələrində küçələrə axışaraq etiraz ediblər.

Etirazçılar İsraillə əldə olunan razılaşmanın qəbulolunmaz olduğunu bildirərək hökumətin qərarına qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, Vaşinqtonda imzalanan çərçivə razılaşması ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında aparılan danışıqlarda ilk mühüm addım kimi qiymətləndirilir. ABŞ rəsmiləri sənədin gələcək danışıqlar üçün əsas yaradacağını bildiriblər.

Hələlik etiraz aksiyalarında insident və ya saxlanılanlarla bağlı rəsmi məlumat açıqlanmayıb.

@aljazeeraenglish #Lebanon and #Israel have signed a #US-sponsored ♬ original sound - Al Jazeera English

Aytac

Sitat



Xəbər xətti