İtkin kimi axtarılırdı, meyiti göldə tapıldı

14:00 27 İyun 2026

Şabran rayonunda göldən meyit tapılıb.

Sitat.info xəbər verir ki, iyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb.

Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib.

Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.



Xəbər xətti