Çində 5,5 bal gücündə zəlzələ oldu

09:13 29 İyun 2026

Çinin cənub-qərbindəki Siçuan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) açıqlamasına görə, gecə saatlarında 5,5 bal gücündə zəlzələ qeydə alınıb və onun episentri Siçuan əyalətinin İbin prefekturasının Qaosyan qraflığında olub.

6 kilometr dərinlikdə baş verən zəlzələ əvvəlcə ölüm hadisəsinə səbəb olmayıb, lakin yüngül xəsarət alan 13 nəfər xəstəxanalara aparılıb.

Zəlzələdən sonra 3-cü səviyyəli fövqəladə vəziyyət elan edilib və zədələnmiş binalarda yaşayan 196 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.

Nigar,

Sitat.info 



Xəbər xətti