ABŞ-da məhkəmə prosesini gözləyən Venesuela prezidenti Nikolas Maduro ölkədə baş verən güclü zəlzələlərdən zərərçəkənlərə Bibliyadan sitat gətirərək dəstək mesajı ünvanlayıb.
Sitat.info xəbər verir ki, Venesuelada 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Hadisə nəticəsində 1450 nəfər ölüb, onminlərlə insan itkin düşüb.
Bir sıra binalar dağılıb, Karakasın beynəlxalq hava limanı bağlanıb, metro və dəmir yolu xətlərinin fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Maduro yanvarın əvvəlində ABŞ-də saxlanılıb və narkotik ticarətində iştirak ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. O, ittihamları rədd edir.
Aytac,
Sitat.info