Pakistan hökuməti təhlükəsizlik qüvvələrinin Pakistan–Əfqanıstan sərhədi boyunca silahlı qruplara qarşı quru əməliyyatı keçirdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib. Onun sözlərinə görə, əməliyyat çərçivəsində silahlı qruplaşmaların sığınacaqları və mövqelərinə “dəqiq zərbələr” endirilib.
Pakistan hakimiyyətinin bildirdiyinə görə, əməliyyat zamanı 29 nəfər öldürülüb.
Nazir qeyd edib ki, əməliyyat ölkə ərazisində son dövrlərdə baş vermiş çoxsaylı silahlı hücumlara cavab olaraq həyata keçirilib. Pakistan rəsmiləri əməliyyatın terrorçu qruplaşmaların fəaliyyət imkanlarının məhdudlaşdırılmasına yönəldiyini bildiriblər.
Aytac,
Sitat.info