NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazi yanır

17:38 29 İyun 2026

Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
 
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.



Xəbər xətti