Milli Müdafiə Universiteti Hərbi Hava Qüvvələri ixtisasları üzrə "Zabit hazırlığı kursu"na sənəd qəbuluna başlayıb.
Hərbi Həkim Komissiyasının qərarı ilə xidmətə yararlı hesab edilən şəxslər müsabiqə mərhələsinə buraxılırlar. Müsabiqə zamanı namizədlərin fərdi-psixoloji durumu, fiziki hazırlığı, ümumi bilik səviyyəsi və ixtisas uyğunluğu yoxlanılır.
Tələb olunan ixtisaslar:
- Radioelektron mübarizə;
- Hava hücumundan müdafiə;
- Aviasiya;
- Meteoroloq;
- Rabitə.
Hərbi uçot ixtisaslarının ali təhsil ixtisaslarına uyğunluğu barədə ətraflı məlumatı mmu.edu.az saytının "Təhsil müəssisələrinə qəbul" bölməsindəki "Zabit hazırlığı kursu" hissəsindən əldə etmək mümkündür.
Tələb olunan sənədlər:
Vacib qeyd: Məhkumluğunun ödənilməsindən asılı olmayaraq, əvvəllər məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri tövsiyə olunur.
Əlaqə məlumatları:
Telefon: (012) 404-18-45
E-poçt: [email protected]
Ünvan: Bakı şəhəri, Qızıl Şərq 13, AZ1065