Uitkof  İranla danışıqlar öncəsi Dohaya yola düşdü

10:10 30 İyun 2026

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Uitkof İran nümayəndə heyəti ilə keçiriləcək danışıqlar öncəsi Qətərin paytaxtı Dohaya yollanıb.

Sitat.info xəbər verir ki, CNN-in iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Uitkofun səfəri İranla nəzərdə tutulan görüş ərəfəsində baş tutur. Məlumata əsasən, ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin onu müşayiət edib-etməyəcəyi hələlik bəlli deyil.

Bundan əvvəl Donald Tramp ABŞ və İran nümayəndə heyətlərinin çərşənbə axşamı Dohada görüş keçirəcəyini açıqlamışdı.

Eyni zamanda, adının açıqlanmasını istəməyən yüksəkrütbəli ABŞ rəsmisi CNN-ə bildirib ki, son günlər yaşanan fikir ayrılıqlarına baxmayaraq, memorandum layihəsi üzrə texniki danışıqlar planlaşdırıldığı kimi davam edir və proses “düzgün istiqamətdə irəliləyir”.



Xəbər xətti