"ABŞ və İsrail rəsmiləri müharibəyə görə cəzalandırılmalıdırlar" - Müctəba Xameneyi

10:25 30 İyun 2026

İranın ali rəhbəri Müctəba Xameneyi İslam Respublikası ilə ABŞ və İsrail arasındakı müharibəyə toxunaraq, "cinayət" adlandırdığı hadisələrin icraçılarının məhkəmə qaydasında təqib olunmasını tələb edib və belə yazıb: "Cinayətkarların yaxasından yapışmaq və onları törətdikləri cinayət əməllərinə görə cəzalandırmaq lazımdır".

Sitat.info xəbər verir ki, o,  "Məhkəmə Hakimiyyəti Həftəsi" münasibətilə yaydığı ismarıcda bunları qeyd edib. 

O, həmçinin iddia edib ki, amerikalı və israilli rəhbərlərin bu cinayətləri etiraf etməsi və bununla fəxr etməsi, şübhəsiz ki, cinayətin etirafı sayılır və bu bəyanatlar hüquqi və məhkəmə təqibləri üçün əsas ola bilər.

Müctəba Xameneyi müraciətinin digər bir hissəsində vurğulayıb ki, son iki müharibədə həlak olanların və xüsusilə də İslam Respublikasının qətlə yetirilmiş rəhbəri Əli Xameneyinin qisası daxili və beynəlxalq məhkəmələrdə ciddiyyətlə təqib edilməlidir.

Nigar,

Sitat.info

 



Xəbər xətti