Polşa Zelenskini "Yəhuda ordeni" ilə təltif etməlidir - Volodin

10:55 30 İyun 2026

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Polşa Volodimir Zelenskini "Yəhuda ordeni" ilə təltif etməlidir.

Sitat.info xəbər verir ki, o, Zelenskini xəyanətdə və neonasizmdə ittiham edib.

Volodin deyib ki, Zelenskinin örnək götürdüyü tarixi şəxsiyyətlər İvan Mazepa və Stepan Banderadir. Onun sözlərinə görə, buna görə Zelenski də xəyanətkar kimi qiymətləndirilməlidir.

Dövlət Dumasının sədri bildirib ki, Ukraynada Vladimir Leninin abidələri sökülür və onların yerinə Mazepanın abidəsi qoyulur. O, Mazepanın tarixdə xəyanətkar kimi tanındığını və vaxtilə I Pyotr tərəfindən onun üçün "Yəhuda ordeni" təsis edildiyini iddia edib.

Volodin həmçinin qeyd edib ki, Polşa Zelenskini əvvəllər layiq görüldüyü "Ağ Qartal" ordenindən məhrum edib. Onun sözlərinə görə, buna səbəb Ukraynada nasist cinayətkarlarının qəhrəmanlaşdırılması olub.

Xatırladaq ki, Zelenski daha əvvəl Kiyevin mərkəzində, əvvəllər Lenin abidəsinin yerləşdiyi ərazidə Mazepanın abidəsinin ucaldılacağını açıqlamışdı.

Məlumat üçün bildirək ki, "Yəhuda ordeni" tarixdə xəyanətin simvolu sayılan, rəsmi dövlət mükafatı olmayan və istehzalı məqsədlə yaradılmış simvolik nişandır.

Nigar,

Sitat.info



Xəbər xətti