Bu müəllimlər sertifikatlaşdırmaya cəlb olunmayacaqlar

11:18 30 İyun 2026

“Mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq. Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb olunmayacaqlar”.

Sitat.info Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir növbəti mərhələlər barədə açıqlama verib:

“Uğurlu nəticə əldə edənlər tamştatlı müəllimlər və əməkhaqqısına əlavə alan saathesabı işləyən müəllimlər olacaqlar. Uğursuz nəticəsi olanlar isə köməkçi müəllimlər olacaq, yaxud əmək müqaviləsinə xitam veriləcək”.



Xəbər xətti