İtaliyada isti hava daha 4 nəfərin ölümünə səbəb oldu

13:47 30 İyun 2026

İtaliyada 10 gündür davam edən Afrika mənşəli isti hava dalğası daha 4 nəfərin həyatına son qoyub.

Sitat.info xəbər verir ki, müxtəlif şəhərlərdə 86 və 74 yaşlı iki qadın, bir fəhlə və miqrant kənd təsərrüfatı işçisi yüksək temperatur səbəbindən ölüb. Beləliklə, ötən həftədən bəri ölkədə istilərlə əlaqədar ölənlərin sayı azı 10 nəfərə çatıb.

İtaliya Səhiyyə Nazirliyi Roma da daxil olmaqla 25 şəhərdə bu gün və sabah üçün "qırmızı" həyəcan elan edib.

Ölkənin şimalında bəzi şəhərlərdə temperatur rekord həddə yüksəlib. Axşam saatlarında yağan güclü leysan isə bəzi ərazilərdə su basqınlarına və ağacların aşmasına səbəb olub.

Meteoroloqlar isti hava dalğasının sabahdan etibarən zəifləyəcəyini və yağışların başlayacağını bildiriblər.

Aytac,

Sitat.info



Xəbər xətti