Bir həftə sonra yüksək temperaturlar Avropanın əhəmiyyətli hissəsinə yenidən qayıdacaq.
Sitat.info xəbər verir ki, bu barədə “Polskie Radio24” saytı məlumat yayıb.
“Ən şiddətli istilər Cənubi və Qərbi Avropada gözlənilir. Portuqaliyanın cənubunda və İspaniyada temperaturun 7 iyulda 42-43 dərəcəyə çatacağı gözlənilir. Fransada temperaturun 38-42 dərəcə arasında dəyişəcəyi, bir sıra digər ölkələrdə isə temperaturun təhlükəli səviyyələrə yaxınlaşacağı gözlənilir”, - məlumatda qeyd olunub.
İlkin məlumatlara görə, istiliyin pik həddi iyulun ortalarında gözlənilir.