“Qarabağ” 1 milyona onu transfer edəcək - Foto

19:10 30 İyun 2026

“Qarabağ” Macarıstanın ZTE klubundan mərkəz müdafiəçisi Bense Varkonini transfer edir.

Sitat.info xəbər verir ki, bu barədə tanınmış insayder Saşa Tavolieri özünün “X” hesabında məlumat yayıb.

Məlumata görə, transferin dəyəri təxminən 1 milyon avro təşkil edir. 24 yaşlı macarıstanlı mərkəz müdafiəçisinin Azərbaycan klubu ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.İnsayder qeyd edib ki, Bense Varkoni ZTE klubunun əsas heyət oyunçularından biri olub və karyerasında növbəti addımı məhz “Qarabağ”a keçməklə atır.



Xəbər xətti