Xəbər verdiyimiz kimi, MMA döyüşçüsü və müəllimi Sərxan Vəlilinin meyiti tapılıb.
Sitat.info Qafqazinfo-ya istinadən hadisənin təfərrüatlarını təqdim edir.
Belə ki, hadisə 28 iyun saat 19 radələrində Şıx çimərliyində baş verib.
Çimərlik ərazisindəki konteynerdən Yardımlı rayon sakini 1998-ci il təvəllüdlü Sərxan Yadigar oğlu Vəlilinin meyiti tapılıb.
Peşəkar idmançının hansı şəraitdə ölməsi hələlik tam müəyyənləşməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.