Tramp kriptovalyutadan 1,4 milyard dollar qazandı

09:38 1 İyul 2026

ABŞ Prezidenti Donald Trsmp ötən il ailəsinə məxsus kriptovalyuta layihələrindən 1,4 milyard dollardan çox gəlir əldə etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, çərşənbə axşamı dərc olunan son maliyyə bəyannamələrinin təhlilinə görə, Tramp hazırda gəlirlərinin böyük hissəsini öz siyasətlərindən faydalanan rəqəmsal aktivlərdən əldə edir.

ABŞ Hökumət Etikası Ofisinə təqdim olunan 2025-ci il üzrə illik maliyyə bəyannaməsində göstərilir ki, Trampın şirkətləri onun və oğullarının birgə təsis etdiyi World Liberty Financial layihəsindən təxminən 800 milyon dollar gəlir əldə edib. Prezidentin ailə üzvləri ilə bölüşdüyü bu gəlirin 520 milyon dollardan çoxu kriptovalyuta tokenlərinin satışından, 250 milyon dollardan çoxu isə World Liberty biznesindəki payların satışından formalaşıb.

Nigar,

Sitat.info 

 



Xəbər xətti