Türkiyədə təkrar emal sahəsində yeni dövr başlayıb.
Sitat.info xəbər verir ki, qardaş ölkədə Depozitli Qablaşdırma Sistemi (DOA) iyulun 1-dən etibarən bütün ölkə üzrə tətbiq olunmağa başlayıb.
Yeni sistemə əsasən, vətəndaşlar plastik, şüşə və alüminium içki qablarını qəbul məntəqələrinə təhvil verərək hər qab üçün 1 lirə təşviq ödənişi alacaqlar. Pilot mərhələdə bu məbləğ 25 quruş idi.
Qablar marketlərdə, supermarketlərdə, kiçik mağazalarda, otel, restoran və kafelərdə qəbul ediləcək. Qazanılan vəsait mobil tətbiqdəki rəqəmsal pul kisəsinə köçürüləcək, daha sonra bank hesabına köçürmək, nağdlaşdırmaq və ya alış-verişdə istifadə etmək mümkün olacaq.
Layihə ilə hər il təxminən 25 milyard içki qabının təkrar emala cəlb edilməsi və iqtisadiyyata 30 milyard lirə töhfə verilməsi hədəflənir. Sistem 2025-ci ilin fevralında Sakarya şəhərində pilot olaraq başlayıb, iyulun 1-dən isə bütün Türkiyədə qüvvəyə minib.
Səid,
Sitat.info