Dünən ABŞ-nin vitse-prezidenti Cey Di Vens Tehran və Vaşinqton arasında aparılan təmaslarla bağlı İranın mövqeyini tənqid edib.
Sitat.info xəbər verir ki, Vens əvvəlki danışıqlar əsasında texniki görüşlərin keçirilməsinin planlaşdırıldığını bildirib.
“İranlılar sülh danışıqlarının olmadığını deyirlər, eyni zamanda sülh sazişi ilə bağlı texniki danışıqlar aparırlar. Bu, danışıq hiyləsi və başa düşmədiyim İran danışıq tərzidir”, – deyə ABŞ vitse-prezidenti bildirib.
Vens çıxışında Donald Trampın İran siyasətinə də toxunaraq qeyd edib ki, ABŞ prezidenti hərbi əməliyyatlardan yalnız konkret məqsədə xidmət etdiyi hallarda istifadə edir.
Səid,
Sitat.info