Yunanıstanda meşə yanğını: 2 nəfər öldü

11:23 1 İyul 2026

Yunanıstanın Saloniki şəhəri yaxınlığındakı Derveni bölgəsində baş verən meşə yanğınında həyatını itirənlərin sayı 2-yə yüksəlib.

Sitat.info xəbər verir ki, Yunanıstan Dövlət Televiziyasının (ERT) məlumatına görə, dünən meşədə tapılan kişinin meyitinin yaxınlığındakı tamamilə yanmış evdə 12 yaşlı uşağın da meyiti aşkar edilib.

Yanğından yaralı halda xilas olan qadın xilasedicilərə bildirib ki, həyat yoldaşı və övladı evdə qalıb.

Hadisə yerinə baxış keçirən mütəxəssislər evin tamamilə yandığını müəyyən ediblər.

Qeyd edək ki, Yunanıstanın yanğınsöndürmə xidməti dünən Saloniki vilayətinin Oraiokastro rayonunun Derveni bölgəsində meşə yanğınının baş verdiyini və ərazidə şəxsiyyəti hələ müəyyən edilməyən bir kişinin meyitinin tapıldığını açıqlamışdı.

Səid,

Sitat.info



Xəbər xətti