Sənayedə yeni dövr başlayır: Çin insanabənzər robotları istehsalata gətirir

11:37 1 İyul 2026

Çində hazırlanan insanabənzər robotlar ilk dəfə real istehsal xəttində sınaqdan keçirilib.

Sitat.info xəbər verir ki, "Agibot" şirkətinin robotları Nançandakı "Longcheer Technology" zavodunda 6 gün ərzində 60 mindən çox tapşırığın 99,99 faizini uğurla yerinə yetirib.

Şirkət bildirib ki, sınağın məqsədi insanabənzər robotların laboratoriyadan kənarda, real istehsal şəraitində də səmərəli işləyə bildiyini göstərmək olub.

Məlumata görə, Agibot indiyədək 15 mindən çox insanabənzər robot istehsal edib. Mütəxəssislər bunu robotların sənayedə geniş tətbiqinə doğru mühüm addım hesab edirlər.

Çinin 2026–2030-cu illəri əhatə edən inkişaf planında insanabənzər robotlar prioritet sahələrdən biri kimi müəyyən edilib. Analitiklər 2035-ci ilədək ölkədə təxminən 11 milyon belə robotun istifadəyə verilə biləcəyini proqnozlaşdırırlar.

Nigar,

Sitat.info



Xəbər xətti