Kreml təşvişdə! "Zelenskinin Belarusa yönələn hədələri ciddi qəbul edilməlidir"

11:24 1 İyul 2026

 Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Belarusla bağlı səsləndirdiyi fikirlər ciddi qiymətləndirilməlidir.

Sitat.info xəbər verir ki, TASS-a müsahibəsində danışan Kosaçev deyib ki, Zelenski "qeyri-rasional və davranışları öncədən proqnozlaşdırılması çətin olan" siyasətçidir. Onun sözlərinə görə, Zelenski hakimiyyətdə qalmaq və qalib görüntüsü yaratmaq üçün istənilən addımı ata bilər.

Qeyd edək ki, Zelenski daha əvvəl Belarusun  Ukrayna sərhədi yaxınlığında yerləşdirildiyini iddia etdiyi hərbi texnikanın bir həftə ərzində geri çəkilməyəcəyi təqdirdə ona zərbə endirilməsi barədə göstəriş verməyə hazır olduğunu açıqlamışdı.

Kosaçev iddia edib ki, Zelenski Belarusu da münaqişəyə cəlb etməyə çalışır. Onun sözlərinə görə, Zelenski Belarusun kiçik ölkə olması və Ukraynaya yaxın yerləşməsi səbəbindən ona qarşı hərəkət etməyin asan olacağını düşünür. 

Rusiya rəsmisi əlavə edib ki, bu cür bəyanatlar diqqətlə izlənilməli və ciddi qiymətləndirilməlidir.

 Səid,

Sitat.info 



Xəbər xətti