5 iyulda Azərbaycan Dəmiryol Muzeyində ölkəmizin dəmir yollarının elektrikləşdirilməsinin 100 illiyi münasibətilə “Açıq qapı” günü keçiriləcək.
Sitat.info xəbər verir ki, ADY-dən verilən məlumatda ziyarətçilərin elektrikləşdirilmiş dəmir yollarının bir əsrlik inkişaf yolunu əks etdirən fotosərgi ilə yanaşı, muzeyin zəngin kolleksiyası ilə də tanış ola biləcəyi qeyd olunur.
"Sizi dəmir yollarımızın qocaman tarixinə səyahətə, keçmişlə bu günü birləşdirən tərəqqi yolunu birlikdə kəşf etməyə dəvət edirik. Giriş sərbəstdir".
Nigar,
Sitat.info