"Paşinyanı vəzifədən uzaqlaşdırmaq üçün gizli bir planımız var"

12:45 1 İyul 2026

Ermənistanda müxalifətdə olan "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyan Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün "gizli planlarının olduğunu" iddia edib.

Sitat.info xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, jurnalistlərə açıqlama verən Karapetyan siyasi birlik çağırışına geniş dəstək olacağını bildirib.

O deyib ki, parlamentin ilk iclasında bu çağırışa qoşulan çox sayda şəxs görünəcək: "Biz bunu təşkil edirik. Bəzi siyasi qüvvələr dəvət gözləyir. Bəziləri ilə əlaqə saxlamışıq, digərləri isə dəstəyini açıqlayıb."

Karapetyan Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün mübarizə aparacağını vurğulayıb: "Bizim bu məsələ ilə bağlı yol xəritəmizin olmadığını haradan bilirsiniz? Niyə bunu indidən ictimaiyyətə açıqlayaq? Vaxtı gələndə insanlar kimin necə mübarizə aparacağını görəcək. İndi bunu deməyəcəyik."

O əlavə edib ki, Paşinyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı planları açıqlamaq niyyətində deyil: "Heç nə etməsək belə, Nikol Paşinyan hər gün yeni uğursuzluqlara görə özünü hakimiyyətdən salacaq. Ermənistan xalqı bunu görəcək və qiymətini verəcək. Onu hakimiyyətdən uzaqlaşdırmaq üçün gizli planımız var, amma bunu hələ açıqlamayacağam. Bunu asanlıqla həyata keçirəcəyik."

Aytac,

Sitat.info



Xəbər xətti