Xanım Yadigarlı vəzifəsindən ayrıldı

17:01 1 İyul 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri Xanım Yadigarlı vəzifəsindən ayrılıb.
 
Sitat.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
 
Xanım Yadigarlı bildirib ki, media və televiziya sahəsində fəaliyyətə başlamasının 15 ili tamam olur. O qeyd edib ki, son beş ilə yaxın müddətdə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində əvvəlcə İctimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri, daha sonra isə Rəqəmsal kommunikasiya şöbəsinin rəhbəri kimi çalışıb.
 
"Şəxsi təşəbbüsümlə bu fəaliyyətimi də artıq başa vurdum", – deyə X.Yadigarlı paylaşımında vurğulayıb.



Xəbər xətti