Belçikada yaşayış binasında yanğın - 6 nəfər öldü

19:30 1 İyul 2026

Belçikanın Antverpen şəhərində onmərtəbəli yaşayış binasında yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu haqda yerli KİV məlumat yayıb.Antverpen polisinin sözçüsü Kim Bastiaens bildirib ki, yanğında ən azı altı nəfər həlak olub.

Bastiaens yanğının səbəbinin hələ müəyyən edilmədiyini qeyd edib.

Antverpen Yanğınsöndürmə İdarəsi 200-dən çox sakinin yaşadığı binada təxliyə işlərinin davam etdiyini açıqlayıb.



Xəbər xətti