Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var

19:50 1 İyul 2026

Samuxda ölümlə nəticələnən hadisə baş verib.

Sitat.info xəbər verir ki, hadisə Mingəçevir Su Anbarının Samux rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “MAZ” markalı yük avtomobilin aşması nəticəsində 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxa bilib.Ölən şəxsin Dövlət Sərhəd Xidmətinin əsgəri olduğu ehtimal edilir. Onun axtarışları davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

 



Xəbər xətti