İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin dəfni ilə əlaqədar ölkədə matəm elan olunub.
Bunu hökumətin sözçüsü Fatimə Mühacirani deyib.
Onun sözlərinə görə, Xamenei iyulun 9-da Məşhəddə torpağa tapşırılacaq.
F.Mühacirani bildirib ki, Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən, Ayətullah Xameneinin dəfn mərasimində iştirak edənlərin Tehrandan geri qayıdışını asanlaşdırmaq məqsədilə iyulun 7-si, çərşənbə axşamı günü paytaxtda rəsmi tətil elan edilib.
Qeyd edək ki, vida mərasimində Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi heyət iştirak edəcək