"Kiyevdə dinc sakinlər deyil, hərbi hədəflər vurulub" - Zaxarova

17:05 2 İyul 2026

 "Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında kütləvi zərbə endirdiyi Ukraynadakı hərbi hədəflərdən Kiyev rejimi dinc sakinləri qətlə yetirmək üçün istifadə edirdi.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

"Hətta Kliçko da bu dəfə fikrini aydın ifadə edə bildi: "Bu, Kiyev üçün dəhşətli bir gecə idi. Ən genişmiqyaslı hücum". Yalnız bir şeyi əlavə edə bilərəm: dinc Kiyevə qarşı deyil, Kiyev rejiminin dinc sakinləri qətlə yetirmək üçün istifadə etdiyi hərbi-strateji hədəflərə qarşı", - deyə diplomat öz Telegram kanalında yazıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov səhər saatlarında Rusiya prezidenti Vladimir Putinə silahlı qüvvələrin Kiyvədəki və digər yaşayış məntəqələrindəki obyektlərə endirdiyi kütləvi cavab zərbəsinin nəticələri barədə məruzə edib. Peskov vurğulayıb ki, zərbələr müstəsna olaraq hərbi və ya hərbi təyinatlı hədəflərə endirilib.

Aytac,

Sitat.info 



Xəbər xətti