ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxardı

18:30 3 İyul 2026

ABŞ Nigeriyada İŞİD-ə qarşı yerləşdirdiyi qüvvələrin əksəriyyətini geri çəkib.
 
Bunu ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri Daqvin Anderson deyib.
 
Onun sözlərinə görə, hazırda ABŞ Nigeriyanın xahişi ilə kəşfiyyat dəstəyi verir.
 
Anderson ABŞ-ın Nigeriya ilə əməkdaşlığı sayəsində İŞİD-in Afrikadakı mövcudluğunun ciddi şəkildə deqradasiyaya uğradığını vurğulayıb.
 
Qeyd edək ki, may ayında ABŞ və Nigeriya qüvvələri ölkənin şimal-şərqində hərbi əməliyyatlar keçirib və nəticədə İŞİD-in qlobal miqyasda ikinci komandiri olan Əbu-Bilal əl-Minuki öldürülüb.
 
///apa



Xəbər xətti