İtaliyanın "Napoli" klubu əsas komandanın baş məşqçi postuna Massimiliano Alleqrinin gətirildiyini rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, təcrübəli mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Massimiliano Alleqri üçün "Napoli" tanış komandadır. O, futbolçu karyerası ərzində 1997/1998 mövsümündə Neapol təmsilçisinin formasını geyinib. Məşqçilik fəaliyyətinə isə 2003/2004 mövsümündə başlayıb.
Qeyd edək ki, Massimiliano Alleqri ötən mövsüm "Milan"ı çalışdırıb. Onun rəhbərliyi altında komanda İtaliya çempionatını 5-ci pillədə başa vurub./milli.az/