İsmayıllıda ağır qəza - ölən və yaralananlar var

18:00 4 İyul 2026

Bu gün saat 16:00 radələrində İsmayıllı rayonu ərazisində "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb.
 
Sitat.info-nun məlumatına görə, nəticədə nəqliyyat vasitəsində olan 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
///AZXEBER.COM
 



Xəbər xətti