Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!

18:40 8 İyul 2026

Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.



Xəbər xətti