Qətər ABŞ və İranı əldə olunmuş razılaşmaya sadiq qalmağa, gərginliyin artmasının qarşısını almaq üçün dialoqu davam etdirməyə çağırıb.
Sitat.info xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani "X" sosial şəbəkəsində paylaşım edib.
Əl-Tani bildirib ki, Misirin xarici işlər naziri Bədr Əbdül-Ətti ilə telefon danışığı zamanı ABŞ və İran arasında əldə olunmuş anlaşmaya əməl edilməsinin və danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, bölgədə yeni eskalasiyanın qarşısının alınması üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Aytac