Təcili!  İran İordaniyadakı ABŞ hərbi təyyarələrini vurdu

13:29 17 İyul 2026

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın gecə həyata keçirdiyi hava zərbələrinə cavab olaraq İordaniyada yerləşən ABŞ hərbi təyyarələrini ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduğunu bəyan edib.

Sitat.info CNNTürk-ə istinadən xəbər verir ki, SEPAH-ın yaydığı açıqlamada hücum nəticəsində ABŞ-a məxsus bir neçə yanacaq dolduran təyyarə və döyüş təyyarəsinin məhv edildiyi, daha bir neçəsinin isə ciddi zərər gördüyü iddia olunub.

Açıqlamada həmçinin İordaniya xalqına müraciət edilərək ölkədəki "aqressiv və İslam əleyhdarı amerikalıların maraqlarını" hədəfə almaları çağırışı edilib.

Qeyd edək ki, bu iddialarla bağlı ABŞ və ya İordaniya tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

Səid,

Sitat.info



Xəbər xətti