2023-cü ilin oktyabr ayından bəri İsrailin hərbi əməliyyatları nəticəsində həlak olan fələstinlilərin sayı 73 min 333 nəfərə, yaralananların sayı isə 174 min 23 nəfərə yüksəlib.
Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumata əsasən, son 24 saat ərzində İsrail ordusunun Qəzzaya endirdiyi zərbələr nəticəsində 3 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Nazirliyin məlumatına görə, oktyabr ayında əldə olunmuş atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri ən azı 1 207 nəfər həlak olub, 3 914 nəfər yaralanıb.
Aytac,
Sitat.info