Razılıq əldə olundu, HƏMAS silahsızlaşdırılacaq - Tramp

10:03 31 İyul 2026

 ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS və Qəzzadakı digər silahlı qrupların silahı yerə qoyması ilə bağlı Barış Şurası "tarixi" razılaşma əldə edib.

Sitat.info xəbər verir ki, Tramp sosial şəbəkə hesabında bu haqda yazıb. 

O bildirib ki, silahsızlaşdırma prosesi başa çatdıqca İsrail qüvvələri Qəzzadan mərhələli şəkildə geri çəkiləcək. Onun sözlərinə görə, Beynəlxalq Sabitlik Qüvvələri yeni Fələstin polis qüvvəsi ilə birlikdə bölgədə təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərəcək.

ABŞ Prezidenti vasitəçilik səylərinə görə Türkiyə, Qətər və Misirə təşəkkür edib və əldə olunan razılaşmanı Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına aparan mühüm addım kimi qiymətləndirib.

 Aytac,

Sitat.info



Xəbər xətti